Sumqayıt Göz Xəstəxanasında növbə gözləyən yoxdu –Baş həkim isə gözdən uzaq düşüb - ŞİKAYƏT

Dünən, 19:29 266 dəfə baxılıb

Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, vətəndaş xəstəxanada növbə olmamasından şikayətlənir. Onun sözlərinə görə, xəstəxanada problemini bildirmək üçün nə baş həkimi, nə də məsul şəxslərdən heç kimi tapmaq mümkün deyil. Vətəndaşın sözlərinə görə, insanlar bir neçə dəfə növbəyə dursalar da, amma bu prinsipin pozulduğunu iddia edir.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aparılan optimallaşdırma işləri səbəbindən müəyyən sıxlıq müşahidə olunsa da, bütün pasiyentlərin qəbulu elektron növbə sistemi vasitəsilə həyata keçirilir:

“Vətəndaşlar tərəfindən ixtisaslı həkimlərə müraciət sayında artım qeydə alınır. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində növbə yaranmasına səbəb olur”.

Qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər, eləcə də şəhid ailələrinin üzvləri, qazilər növbəsiz şəkildə qəbul olunur.Milli.Az  


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031