Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”

23-04-2025, 18:42 344 dəfə baxılıb

 

Abşeron rayonunda yolun hərəkəti məhdudlaşdırılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dosye.org-a məlumat verən əməkdaşlarımızın sözlərinə görə, Xırdalan şəhəri Abşeron Polis İdarəsi ilə üz-üzə inşa etdirilən hündür mərtəbəli yaşayış binasında aparılan işlər sakinlərin hərəkətinə mane olur.


Fotolardan da aydın görünür ki, işin aparılması qanuna ziddir və sanki belə də olmalıdır. Əfsüslər olsun ki, aidiyyəti qrumlar yolun maneəsiz hərəkəti üçün heç bir tədbir görmür.


Məsələ ilə bağlı əməkdaşlarımız ərazidə inşa edilən binanın icraçı direktoru ilə əlaqə saxlayıb. Özünü Xaçmazlı Zaur kimi qələmə verən şəxs bildirib ki, “pulumu verib işimi görürəm, ürəyiniz hara istəyir yaza bilərsiz”. Deməli, bu cür düşüncədə olan insanlar pul hesabına istənilən an vəziyyəti dəyişəcəyini düşünür.


Lakin sakinlərin narahatlığına səbəb olacaq və yaxud hər an istənilən bədbaxt hadisəni əvəz edəcək bir bəhanə ola bilməz. Qanun qarşısında hər birimiz bərabər hüquqlu olduğumuzu deyəsən Zaur bəy unudub. Ona görə də çox istərdik ki, əraziyə nəzarət edən orqanlar və qrumlar məsələni nəzarətə götürsünlər. Mövzü diqqətimizdədir.

Dosye.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930