Yasamalın icra başçısı qanunları belə pozdu — FOTOLAR

22-02-2025, 18:22 1 dəfə baxılıb

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəxsi avtomobilini idarə edərkən qanunun tələblərini pozub.
 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşad Həsənov idarə etdiyi “BMW X7” model avtomobili idarə edərkən, sükan arxasında mobil telefonla danışıb və təhlükəsizlik kəmərindən istifafə etməyib.


Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

Həmçinin, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır.

Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

İcra başçısının sükan arxasında təhlükəsizlik kəməri taxmadan mobil telefondan istifadəsini əks etdirən görüntüləri təqdim edirik…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930