İşdən çıxarılan Qarabağ qazisi Adil Kərimlidən imdad dilədi- Qəbulunuzda söz verdiniz ki…

16-04-2025, 11:28 246 dəfə baxılıb

 

Ramil Salmanov adlı vətəndaş qanunsuz olaraq işdən çıxarılmasından şikayətçidir.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, vətəndaş iddia edir ki, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə onu əsasız olaraq işdən çıxarıb.

O, bildirib ki, Vasif Qurbanzadə vəzifəsindən su-istifadə edərək onu çalışdığı İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edib.

Birinci Qarabağ müharibəsi qazisi olan Ramil Salmanov məsələ ilə bağlı cari ilin yanvar ayında Mədəniyyət naziri Adil Kərimlinin qəbulunda olub. Nazir ona işə bərpa olunacağı ilə bağlı vəd versə də bu günə kimi işinə qaytarılmayıb.

Qeyd edək ki, işdən azad olunan şəxs həm də əlildir. Eyni zamanda oğlu XTQ-də xidmət edir və hazırda çox çətin vəziyyətdədir.

“Vasif Qurbanzadə istədiyi adamları işlə təmin edir, amma mən kredit və borc içində qalmışam. Sizdən artıq dərəcədə xahiş edirəm mənim işimə qaytarılmağıma göstəriş verəsiniz”- deyə vətəndaş nazir Adil Kərimliyə müraciətində bildirib.

Qeyd edək ki, bu gen 15 Aprel Beynəlxalq Mədəniyyət günüdür.AzPost


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930