Bakıdakı məktəbdə qaraçılar günü - ŞİKAYƏT+İDDİA
Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı məktəbin direktoru Pərvanə Abbasova “Son zəng”lə bağlı 11-ci siniflərdən pul yığır.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Bakuplus.az-a məlumat verən valideynlərin sözlərinə görə, direktor “Son zəng” tədbirinə səsgücləndirici vasitələrin gətirilməsi üçün 1000 manata ehtiyac olduğunu deyib, buna görə də tədbirdə iştirak edəcək hər sinfin 200 manat verməli olduğunu söyləyib.
Bundan əlavə direktor şagirdlərə bildirib ki, “Son zəng” tədbiri cəmi 45 dəqiqə çəkməlidir, tədbirin məhz bu qədər davam edəcəyi ilə bağlı şagirdlərə qol da çəkdirib. Məktəb rəhbəri onu da deyib ki, hər sinif cəmi 3 dəqiqə keçid və rəqs edə bilər. P.Abbasova söyləyib ki, tədbirdə hər 11-ci sinif şagirdinin bir valideyni iştirak edə bilər. Kimsə hər iki valideyni ilə gəlsə, ya ata, ya da ana məktəb ərazisinə buraxılmayacaq.
Valideynlər bildirirlər ki, direktor heç bir əhəmiyyəti olmayan tədbirlərlə şagirdləri yorur. Məsələn, Pərvanə Abbasova aprelin 8-i səhər saat 8:00-da uşaqları sırada gözlədərək Beynəlxalq Qaraçılar Günü olduğunu bildirib və bu günün zəruriliyindən danışıb. Sonra isə qaraçı mahnıları qoşduraraq bu günə özünəməxsus töhfə verib. Valideynlər ehtimal edir ki, direktor özü də qaraçı olduğundan bu günə xüsusi həssaslıqla yanaşır.
Valideynlərin sözlərinə görə, Pərvanə Abbasova əvvəllər həmişə rus sektoru ilə işləyib. O, bu məktəbə direktor gəlmək istəmirmiş, deyirmiş ki, Azərbaycan sektoru ilə çalışmaq mənim üçün çətin olacaq. Buna baxmayaraq onu yanvarda Azərbaycan dilli məktəbə direktor təyin ediblər və bunun acı nəticələri qısa müddət ərzində özünü göstərib.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.