Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?

12-04-2025, 14:06 3 dəfə baxılıb

 

Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında bir neçə gündür qanunsuz tikinti aparılmaqdadır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermirlər.

Ekologiya Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında deyilir:

“Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb. Məsələ ilə bağlı “Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib”.

Sosial şəbəkə istifadəçiləri nazirliyin açıqlamasını, sahibkara kəsilən cəzanın adekvat olmadığını, bu cəzanın ictimai rəyi susdurmağa hesablandığını bildirirlər.

Mediada yazılan məlumatda isə aparılan tikintinin Eldəniz adlı iş adamına məxsus olduğu yazılır.

Eldəniz adlı sahibkar Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazası, Bakının “Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir.

Sahibkara Əmlak Komitəsindən Taleh Bəşirovun, Nəsimi rayon icra hakimiyyətindən isə Asim Rzayevin dəstək verdiyi vurğulanır.

Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik. qlobal.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930