Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

7-04-2025, 18:31 188 dəfə baxılıb

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yenisirvanli.İnfo.Az yeniavaz.com-a istinadən xəbər verir ki, “Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.

Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.

Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus “Gyunel Limited” şirkətinin zərəri isə daha çox – 6 milyon 185 min 751 funt-sterlinq (13,6 milyon manat) olub. 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930