Nazirliyin buralardan XƏBƏRİ YOXDUR... - GÖRÜNƏNİ BUDUR...

6-04-2025, 18:07 172 dəfə baxılıb

Yardımlı rayonu, Alar kənd sakini Fərəc Rəhmanov Alar kənd tam orta məktəbində 30 ildir ki, direktor vəzifəsini icra edən İlyas Əbilovdan şikayətçidir.

Yenisirvanli.İnfo.Az bildirir ki,məktəb direktoru qanunsuz fəaliyyətlə məşğuldur. Belə ki, 23.02.2023-cü il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İlyas Əbilova şiddətli töhmət verilməsinə baxmayaraq, adıçəkilən şəxs bu günə qədər də qanunsuz əməllərini davam etdirir. Şikayətdə məktəb direktorunun məktəbdə çalışan təmizlik işçilərinin maaşlarını heç bir səbəb göstərilmədən kəsdiyi qeyd olunub.

Eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Almırzə Şahvərənovun 2024-cü ilin mart ayında 65 yaşının tamam olduğu halda, sertifikasiya imtahanında iştirak etmədən pedaqoji fəaliyyətini davam etdirdiyi bildirilib.

Həmçinin məktəbdə fizika müəllimi olmadığı halda, vakant yerlərin məktəb direktoru tərəfindən şəxsi maraqları naminə gizlədildiyi qeyd edilib.

Bildirilib ki, müəllim təyinatlarında baş verən qanunsuzluqlarla bağlı dəfələrlə müvafiq qurumlarla şikayət olunsa da, məsələ ört-basdır edilib.

Vətəndaş qeyd olunan qanunsuz halların araşdırılması və qanunauyğun tədbir görülməsini xahiş edir. Patrul.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031