Şərurlu İsfəndiyar 155 min dollarımı vermir...

4-04-2025, 11:12 707 dəfə baxılıb

 

Qəşəm Güləliyev adlı şəxs "Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovdan (Şərurlu İsfəndiyar) şikayət edib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Oxu.az-a danışan şikayətçi məhkəmə qərarına baxmayaraq, İsfəndiyar Axundovun ona dəymiş ziyanı ödəmədiyini bildirib.

"2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Şaiq" MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil almışam. Aldığım mənzillərin binası hazır deyildi, bünövrəsi yeni qoyulurdu. Bu mənzillərə ümumilikdə 218 min dollar ödəmişəm. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb. Mənə verilən sənədlər başqalarına da verilib. Mən həmişə vəzifədə işləmişəm, çox adam məni tanıyır. Nə baş verdiyini soruşanda dedilər ki, narahat olma, həll edəcəyik. Hər dəfə müxtəlif bəhanələrlə başımı qatdılar. İsfəndiyar təxminən 6 il öncə dörd mənzildən birinin əvəzinə başqa üçotaqlı mənzili qaytarıb, 3 mənzilimin pulu qalıb - yəni 155 188 dollar.

2023-cü il may ayının 19-da məhkəmə qərar çıxardı ki, 155 188 dollar dəymiş ziyan ödənilsin. Pulu ödəmədilər, prosesi icra etmədikləri üçün sonuncu dəfə 1200 manat cərimə olunublar. Deyirlər, pulumuz yoxdur. Onun adına ölkədə heç bir əmlak yoxdur. MTK-larını direktorlara verib. İcraçı direktorları da tez-tez dəyişir. 19 il keçib, hələ də ödəmir.

Bütün bu proseslərdən sonra şəkər xəstəliyi tapdım, məni boğaza yığıb. İllərdir, müxtəlif sənədlər verərək məni aldadır", - Q.Güləliyev vurğulayıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930