Qax RİH-in tenderləri ləğv edildi – Yarım milyon…

2-04-2025, 10:30 110 dəfə baxılıb

 

Qax Rayon İcra Hakimiyyətinin şəhərin H.Əliyev prospekti 97, Ü.Hacıbəyov küçəsi 6a, 8a, 8b, N.Nərimanov küçəsi 6 saylı kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyünün alınması, küçələrdə və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmiri və şəhər ərazisində yerləşən kommunal yaşayış binaların təmiri və həyətlərində abadlıq işləri, o cümlədən Qax rayon Dövlət Arxivində təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderlər ləğv edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderlərin toplam dəyəri 498 702 AZN olub.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031