Fuad Nəcəfli Vasif Talıbovu günahlandırdı - BU YARITMAZ FƏALİYYƏT NƏTİCƏSİNDƏ...

1-04-2025, 11:27 256 dəfə baxılıb

 

Naxçıvan Muxtar Respublikasına təyin edilən səlahiyyətli nümayəndə  Fuad Nəcəfli Ordubaddakı Cümə məscidinin yenidən istifadəyə verilməsi ilə bağlı tədbirdə keçmiş rəhbər Vasif Talıbovu sərt tənqid edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Hurriyyet.az-ın “gundeliknaxçıvan”a istinadən verdiyi xəbərə görə, o, Talıbovun qurduğu idarəçiliyin yarıtmaz fəaliyyəti nəticəsində tarixi abidələrə ciddi zərər dəydiyini bildirib:

“Bu yarıtmaz fəaliyyət nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə və Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib. Azərbaycan tarixində və mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı “restavrasiya” nəticəsində abidələr ilkin formasını tamamilə itirib”.

Fuad Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda rayondakı “Ərbabın iş yeri” və ona bitişik tarixi bina da bərpa olunacaq.

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930