Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT

31-03-2025, 11:36 106 dəfə baxılıb

Buzovna qayalarını zəbt edən tikililərin sökülməsi üçün dövlət başçısının verdiyi tapşırıqdan 3 ilə yaxın vaxt ötür. Amma bu tapşırıq tam yerinə yetirilməyib.

"DİA-AZ" xəbər verir ki, hazırda yarımçıq saxlanılan söküntü işlərinin başa çatdırılması, qayalığın təbii vəziyyətinin bərpası, eləcə də ərazinin mühafizəsinin təmin edilməsi ilə bağlı Prezidentə müraciət hazırlanır.

Yada salaq ki, 2024-cü ilin mayında Buzovna qayalığına təbiət abidəsi statusu verilib. İndiyə kimi ərazidə Buzovna sakinləri 70-ə yaxın iməcilik keçiriblər. Qayalığın tikinti tullantılarından təmizlənməsi işlərində onlara ekofəallar, könüllülər və Abşeronun bir sıra kəndlərinin sakinləri də kömək ediblər.

2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü.

"DİA-AZ" xəbər verir ki, Prezidentin sərəncamının qulaqardına vurulması səbəbindən haqlı olaraq ciddi şübhələr də ortaya çıxmaqdadır və iddia olunur ki, artıq Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov həmin obyektin sahibləri ilə anlaşıb və onlarla "bazarlıq etdiyindən" sökülmə qərarından da vaz keçilib.

Başqa bir iddiada isə qeyd olunur ki, Elşən Salahovun gücü yetmədəyindən, sökülməsi vacib olan obyekt sahiblərinin hazırda hakimiyyətin üst pillələrində təmsil olunan məmurlar olması səbəbindən icra başçısı Prezidentin sərəncamını sona qədər icra etməyib.

Amma istənilən halda, ortadakı fakt Elşən Salahovun yarıtmazlığıdır ki, bu da diqqətlərdən yayına bilməz.

Məsələ diqqətimizdədir...

 Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930