9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi

28-03-2025, 17:45 112 dəfə baxılıb

Ədliyyə Nazirliyinin külli miqdarda rüşvət alma və nüfuz alveri cinayətləri ilə 9 il həbsə məhkum edilmiş sabiq şöbə rəisi Elşən Quliyevin hökmü dəyişdirilib.

Yenisirvanli.İnfo.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayəti əsasında belə qərar qəbul edib.

E.Quliyev Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi işləyib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda və nüfuz alverində təqsirli bilinmişdi.

Yeni qərarla ona cüzi güzəşt edilib. E.Quliyevin cəzası 9 ildən 8 il 6 aya endirilib.

Qeyd edək ki, keçmiş ədliyyə işçisi ayrı-ayrı şəxslərin ad və soyadını dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat rüşvət alıb. Bundan başqa o, həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir edib.

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031