Azərbaycan tütün idxalına xərclərini təxminən 20 % artırıb

22-03-2025, 19:58 206 dəfə baxılıb

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 20,35 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

Yenisirvanli.İnfo.Az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 4,977 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,8 % azdır.

2 ayda tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930