Kredit götürərkən vətəndaş hansı məqamlara xüsusi diqqət etməlidir?
Yenisirvanli.İnfo.Az bildirir ki, Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, kredit götürərkən vətəndaşın yalnız illik faiz dərəcəsinə baxması böyük səhvdir:
“Ən önəmli göstərici kreditin vətəndaşa başa gələn ümumi qiymətidir. Yəni vətəndaşın özünə verəcəyi əsas sual bu olmalıdır: 10 min manat kredit götürən şəxs sonda banka neçə manat qaytaracaq? Faizdən əlavə komissiyalar, sığorta, xidmət haqları və digər ödənişlər kreditin real dəyərini əhəmiyyətli dərəcədə artıra bilər. İkinci mühüm məsələ effektiv illik faiz dərəcəsidir. Praktikada da görürük ki, reklamlarda göstərilən nominal faizlə kreditin faktiki maliyyə yükü eyni olmaya bilər. Buna görə vətəndaş bankdan kreditin effektiv faiz dərəcəsini və müqavilə müddətinin sonunda ödəyəcəyi ümumi məbləği yazılı şəkildə tələb etməlidir. Müxtəlif bankların təkliflərini müqayisə edərkən də məhz bu göstəricidən istifadə etmək daha düzgündür. Üçüncü məsələ komissiyalardır. Kreditin verilməsi, hesabın açılması, xidmət, nağdlaşdırma, erkən bağlama və digər əməliyyatlara görə hansısa ödəniş nəzərdə tutulub-tutulmadığı əvvəlcədən bilinməlidir. Bəzən faiz dərəcəsi aşağı göstərilir, lakin əlavə xidmət haqları kreditin faktiki qiymətini yüksəldir. Sığorta məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə avtomobil və ipoteka kreditlərində sığortanın növü, məbləği, kim tərəfindən ödənildiyi, hansı riskləri əhatə etdiyi və kredit müddəti ərzində ümumi xərcinin nə qədər olduğu aydınlaşdırılmalıdır. Vətəndaş “sığorta tələb olunur” ifadəsi ilə kifayətlənməməli, bunun ona neçə manata başa gələcəyini bilməlidir”.
İqtisadçı əlavə edib ki, digər vacib məsələ gecikmə şərtləridir:
“Kredit ödənişi bir neçə gün gecikdikdə nə baş verir, penya və ya digər maliyyə sanksiyası necə hesablanır, gecikmə kredit tarixçəsinə necə təsir edir – bunlar müqavilədə açıq şəkildə göstərilməlidir. Xüsusilə uzunmüddətli kreditlərdə kiçik gecikmələrin belə zamanla ciddi maliyyə nəticələri yarada biləcəyini nəzərə almaq lazımdır. Vətəndaş erkən ödəniş imkanlarını da əvvəlcədən öyrənməlidir. Kreditin bir hissəsini və ya hamısını vaxtından əvvəl ödədikdə əlavə komissiya tutulurmu, faizlər yenidən hesablanırmı, əsas borc necə azalır? Bunlar müqavilənin mühüm hissəsidir. Gələcəkdə gəliri artan vətəndaş üçün erkən ödəniş imkanı kreditin ümumi xərcini əhəmiyyətli dərəcədə azalda bilər. Ən vacib məsələlərdən biri də aylıq ödənişin gəlirə nisbətidir. Vətəndaş bankın verdiyi maksimum məbləğə görə deyil, öz real ödəmə qabiliyyətinə görə kredit götürməlidir. Əgər ailənin bütün sərbəst gəliri kredit ödənişinə gedirsə, gözlənilməz xərc və ya gəlir itkisi zamanı ciddi problem yarana bilər. Ona görə kredit götürərkən gəlirin bir hissəsi mütləq ehtiyat fondu kimi saxlanmalıdır. Nəhayət, müqaviləni oxumadan imzalamaq olmaz. Bank əməkdaşı şərtləri şifahi izah etsə belə, vətəndaş müqavilədə yazılan bütün bəndləri özü nəzərdən keçirməlidir. Xüsusilə faiz dərəcəsinin dəyişməsi, əlavə ödənişlər, gecikmə, sığorta, erkən bağlanma, təminat və borcun vaxtından əvvəl tələb edilməsi ilə bağlı müddəalar diqqətlə oxunmalıdır. Əsas prinsip isə çox sadədir. Kreditin faizinə yox, kreditin tam qiymətinə baxmaq lazımdır. Vətəndaş kredit götürməzdən əvvəl üç rəqəmi dəqiq bilməlidir. Nə qədər pul alır, ayda nə qədər ödəyəcək və kreditin sonunda ümumilikdə nə qədər pul qaytaracaq. Hazırda Azərbaycan əhalisinin böyük hissəsi biznes krediti yox, istehlak krediti götürür. Yəni məcbur qalıb götürür.
Amma istənilən halda bu üç suala aydın cavab yoxdursa, həmin kredit qərarını tələsmədən yenidən nəzərdən keçirmək lazımdır”.
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Büdcə sancıları: Rusiya iqtisadiyyatı hara gedir?
“Bank Respublika“ batır? - Vətəndaşların bankdakı pulları əriyir, hesabatlar gizlədilir...
Sahil Babayev qənaətə başladı – Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Dolların sonu gəldi - Nə baş verir?
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Xırdalanda evi olanlara BƏD xəbər – Köçsünlər, yoxsa...
Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”
Sabahdan Azərbaycanda bu gömrük rüsumları 100 dəfə artırılacaq
Ramin İsayevin 100 milyonluq SƏRVƏTİ - SİYAHI
Xalçayuma adı ilə dələduzluq edən TUTULDU - FOTO
Zelenski xaricdəki ukraynalılara SƏSLƏNDİ
Azərbaycana Qripə qarşı vaksinlər gətirilib
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
Qaradağın icra başçısı şəhidlərin anım mərasimində iştirak edib - FOTOLAR
Qubada kişinin meyiti həyətdə tapıldı
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı
DEPUTATIN DAHA BİR OĞLU HƏBS EDİLDİ
Dolları olanların NƏZƏRİNƏ!
Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?
Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO