“Azeri Light” 80 dollara satılır

23-06-2026, 10:39 1 699 dəfə baxılıb

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,52 dollar və ya 3,04% ucuzlaşaraq 80,43 ABŞ dolları olub.


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,95 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031