Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib

11-03-2025, 11:17 100 dəfə baxılıb

 

Azərbaycan energetika naziri Pərviz Şahbazov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər...


 Yenisirvanli.İnfo.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.

“Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd olunur.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930