“Brent” 107 dollara çatır

24-04-2026, 09:31 1 007 dəfə baxılıb

 

Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərib.


“Yenisirvanli.info.az” xəbər verir ki, tərəflər arasında qarşılıqlı gəmi saxlama əməliyyatları fonunda neft qiymətləri kəskin yüksəlib.


Beynəlxalq etalon sayılan “Brent” xam neftinin qiyməti cümə səhəri 106 dollar həddini keçib.


Son məlumata görə, bir barel neft 106,80 dollara satılıb ki, bu da əvvəlki bağlanışla müqayisədə təxminən 5 faiz artım deməkdir.


Beləliklə, neft qiymətləri iki həftədən sonra yenidən 100 dollar həddinin üzərinə qalxıb. Enerji bazarlarındakı bu artım fond bazarlarına da mənfi təsir edib – “S&P 500” 0,41 faiz, “Nasdaq” isə 0,89 faiz geriləyib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəniz blokadasının genişləndirildiyini açıqlayıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəminin boğaza daxil olub-çıxa bilməyəcəyini bildirib və razılaşma əldə edilənə qədər bu marşrutun faktiki olaraq bağlı qalacağını vurğulayıb.


Dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazında nəqliyyat, demək olar ki, dayanıb. Məlumata görə, son günlərdə bu marşrutdan keçən kommersiya gəmilərinin sayı kəskin azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031