İpoteka limitləri saniyələr sonra bitdi?

5-03-2026, 19:31 789 dəfə baxılıb


Bu gün saat 11-də İpoteka və Kredit Zəmanət Fondu 2026-cı il üçün müvəkkil kredit təşkilatlarına ayırdığı limitləri aktivləşdirib. Bununla belə, ipoteka kreditləri üçün müraciətlərin qeydə alınması prosesi cəmi bir neçə saniyə çəkib. Hazırda Fondla əməkdaşlıq edən bütün banklarda ipoteka kreditləşməsi bağlıdır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. İpoteka üçün müraciət edənlərin bəziləri sistemdə texniki xətaların olduğunu, müvafiq bölmələri seçdikləri halda, yenidən seçim etmək təklif olunduğunu yazıblar.


Eyni halla üzləşənlər arasında iqtisadçı ekspert Samir Əliyev də var. O, sistem üzərindən göstərilən texniki xətanın fotosunu paylaşaraq “Kreditləşmə açılandan 10 saniyə ərzində mənə verilən cavab” şərhini verib. 


Digər vətəndaşlardan da eyni vəziyyətlə qarşılaşanlar var. Onlar sistemin kiberdələduzlar üçün açıq olduğunu, bəzilərinin müəyyən proqramlar vasitəsilə avtomatik şəkildə müraciət göndərərək limiti tutduğunu iddia ediblər. 


Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna verdiyimiz sorğuya cavabda isə sabah güzəştli ipoteka üzrə seçimlərin açılacağı xatırladılıb, yekun açıqlamanın da bundan sonra veriləcəyi qeyd edilib.


Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb. Güzəştli ipoteka üzrə seçimlər isə 6 mart saat 11.00-da olacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031