“Minimum əməkhaqqı 655 manat olmalıdır”

2-02-2026, 14:20 413 dəfə baxılıb

 

Azərbaycanda maaşların artırılması məsələsi parlamentdə müzakirə olunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.


“Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa, minimum əməkhaqqı 655 manat olmalıdır. Bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinin ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir. Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”, - deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031