“Vahid enerji məkanının yaradılması regionu güclü ixracatçıya çevirəcək”

29-01-2026, 16:19 390 dəfə baxılıb

 

“Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsini məqsədəuyğun hesab edirəm”.


“Yenisirvanli.info.az” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlar üçün güclü ixracatçıya çevirəcək.


“Ermənistan daha geniş ixrac bazarlarına çıxmaq üçün Azərbaycanın infrastrukturundan istifadədə, Azərbaycan isə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisinin Ermənistan ərazisindən tranzitini həyata keçirmək imkanında maraqlıdır”, - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031