Spot bazarda qızıl və gümüşün qiymət rekordları yeniləndi

14-01-2026, 14:39 234 dəfə baxılıb

 

Geosiyasi gərginlik fonunda spot bazarda qızıl və gümüşün qiymət rekordları yenilənib.


Yenisirvanli.info.az -ın məlumatına görə, spot qızılın qiyməti Bakı vaxtı ilə saat 10:06-da 0.9% artaraq trua unsiyası üçün 4 628.75 dollara çatıb. Daha əvvəl qiymət trua unsiyası üçün tarixdə maksimal 4 639.62 dollara yüksəlmişdi.


Gümüşün qiyməti 3.6% artaraq trua unsiyası üçün 90.04 dollara çatıb. Qiymət tarixdə ilk dəfə trua unsiyası üçün 90 dolları keçib və gün ərzində trua unsiyası üçün rekord 91.55 dollara yüksəlib.


Platinin qiyməti 3.9%, palladiumun qiyməti isə 3.6% artıb.


Geosiyasi risklərin artması qiymətli metalların müdafiə aktivləri kimi cəlbediciliyini artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031