Dövlət Məşğulluq Agentliyi üç milyon manata ofis icarəyə götürür

6-01-2026, 11:32 181 dəfə baxılıb

 

"Dövlət Məşğulluq Agentliyi" publik hüquqi şəxsi aparat və mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına dair tender keçirib.


Yenisirvanli.info.az xəbər verir ki, satınalmanın qalibi Gülnarə Sultan qızı İbadova olub. Tenderin ümumi dəyəri 2 milyon 998 min 599.6 manat təşkil edir.


Şərtlərə əsasən, icarəyə götürüləcək ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 8335 kvadratmetr olmalıdır. Ofis məkanında minimum 140-150 otaq nəzərdə tutulur. Onlardan 50-si 30-35 kvadratmetr, qalanları isə 20-25 kvadratmetr sahəyə malik olmalıdır. Bundan əlavə, ofisdə minimum 5 iclas zalı, hər mərtəbədə isə ən azı 3 mətbəx və 5 sanitar qovşağı olmalıdır.


Texniki tələblərə görə, binada mərkəzləşdirilmiş server otağı, internet xəttinin birbaşa əməkdaşların fərdi kompüterlərinə qoşulma imkanı, 2 sürətli sərnişin lifti və 1 yük lifti mövcud olmalıdır. Həmçinin minimum 60 nəqliyyat vasitəsi üçün yeraltı dayanacaq və ya həyətyanı parklanma sahəsi tələb olunur.


Ofis sahəsinin icarə müddəti 24 ay nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031