2025-ci ildə dünyanın ən varlı insanlarının sərvəti rekord həddə artıb

1-01-2026, 09:23 116 dəfə baxılıb

 

2025-ci ildə dünyanın ən varlı 500 insanının sərvəti rekord həddə - 2.2 trilyon dollar artıb.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.


Materialda bildirildiyinə görə, "Bloomberg" Sərvət İndeksi tərəfindən qeydə alınan bütün artımın təxminən dörddəbiri "Oracle" şirkətinin Direktorlar Şurasının sədri Larri Ellison, "Tesla"nın baş direktoru İlon Mask, "Alphabet"in həmtəsisçisi Larri Peyc və "Amazon"un qurucusu Ceff Bezos da daxil olmaqla, cəmi səkkiz nəfərin payına düşüb.


Agentliyin məlumatına görə, milyarderlərin ümumi sərvəti 11.9 trilyon dollara çatıb. Kapital artımı Donald Trampın 2024-cü ilin sonlarında ABŞ prezident seçkisində qələbəsi ilə əhəmiyyətli dərəcədə sürətlənib.


Hesabatda, həmçinin qeyd olunub ki, süni intellekt ətrafındakı eyforiya ABŞ-nin nəhəng şirkətlərinin səhmlərini dəstəkləməyə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031