Azərbaycanda transmilli şirkətlərə yeni tələb qoyuldu

2-12-2025, 08:50 103 dəfə baxılıb

 

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması"nın, "Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası"nın, "Üzləşmə aktının forması"nın və "Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.


Yenisirvanli.info.az  xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.


Qərara əsasən, Azərbaycanda vergi uçotuna alınmış transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə həmin maliyyə ilinə dair ölkələrarası hesabat təqdim etməli olacaq. İndiyə qədər bu, yalnız Azərbaycanın rezidenti olan müəssisələrə aid edilirdi.


Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031