“Sahibkarlara qanunsuz müdaxilələrə son qoyulmalıdır”

20-11-2025, 15:18 103 dəfə baxılıb


“Sahibkarlara qanunsuz müdaxilələr dayandırılmalıdır”.


Yenisirvanli.info.az  xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.


“Məlumdur ki, bölgələrdən şəhərlərə miqrasiyanın qarşısını almaq vacibdir və bunun üçün ilk növbədə bölgələrdə yeni iş yerləri yaratmaq lazımdır. İndiyə qədər dövlət bu sahədə bir sıra addımlar atıb, özünüməşğulluq proqramları həyata keçirib. Hesab edirəm ki, bölgələrdə yeni iş yerləri yaratmaq üçün özünüməşğulluq proqramları genişləndirilməli, eyni zamanda, paralel olaraq, sahibkarlıq, xüsusilə də kiçik və orta sahibkarlıq dəstəklənməlidir. Ümumi inkişafın səviyyəsi kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır.


Kiçik və orta sahibkarlığı inkişaf etdirməklə biz bölgələrdə işsizliyi aradan qaldıra və bununla miqrasiyanın qarşısını ala bilərik. Həmçinin dövlətin yardımına möhtac əhalini dövlətə vergi verən əhaliyə çevirə bilərik. Həm də bununla yerli istehsalı gücləndirə bilərik. 


Bunun üçün də hesab edirəm ki, ilk növbədə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmalıdır. Bölgələrdə hansısa işə başlamaq üçün mərkəzi icra hakimiyyəti orqanlarından icazələrin alınması kimi bürokratik asılılıqlar aradan qaldırılmalıdır. İqtisadi azadlıqlar tətbiq edilməli, azad iqtisadi fəaliyyətə geniş meydan açılmalıdır və dövlət proqramları vasitəsilə bölgələrdə kiçik və orta sahibkarlığın inkişafı dəstəklənməlidir”, - deputat qeyd edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031