DESFA Azərbaycandan Avropaya qaz nəqlini iki dəfə artıracaq infrastruktur işlərini tamamlayıb

10-10-2025, 14:48 85 dəfə baxılıb

 

Yunanıstanın təbii qaz sistem operatoru DESFA Azərbaycanın Avropaya qaz ixracı həcmini iki dəfə artırmaq üçün bütün texniki və infrastruktur hazırlıqlarını başa çatdırıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Ekathimerini" nəşri məlumat yayıb.


Məlumata görə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ötürülən Azərbaycan qazının həcmi illik 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılacaq. DESFA bu məqsədlə şəbəkənin modernləşdirilməsi layihələrini tamamlayıb və yaxın günlərdə Yunanıstanın Qaz Tənzimləyici Qurumunun plenar iclasında sertifikatlaşdırma mərhələsi təsdiq olunacaq.


Qeyd edək ki, bu addım Avropanın, xüsusilə də Yunanıstanın enerji təchizatının təhlükəsizliyini gücləndirəcək, ölkənin regional tranzit mərkəzi rolunu daha da möhkəmləndirəcək. Layihə çərçivəsində "Revithoussa" terminalı və Aleksandrupolidə yerləşən FSRU (üzən saxlama və yenidən qazlaşdırma qurğusu) vasitəsilə mayeləşdirilmiş təbii qazın ötürülməsi də nəzərdə tutulub. Bu infrastruktur "Vertical Corridor" (Şaquli Korridor) layihəsi sayəsində Balkan ölkələrinə və Ukraynaya qədər uzanacaq.


DESFA-nın son hesabatına əsasən, yanvar-sentyabr ayları ərzində "Revithoussa" terminalı vasitəsilə daşınan LNG həcmi iki dəfədən çox artaraq, 0,66 TWh-dən 5,06 TWh-ə çatıb.


Qeyd edək ki, Azərbaycanın Avropaya qaz ixracının artırılması, həm də qitənin enerji şaxələndirməsi strategiyasına mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031