Mikayıl Cabbarov "Bukhamseen Group Holding Company" şirkətinin baş icraçı direktoru ilə görüşüb

9-10-2025, 16:44 88 dəfə baxılıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bukhamseen Group Holding Company" şirkətinin baş icraçı direktoru Emad Buxamsin ilə görüşüb.


Yenisirvanli.info.az  xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.


"Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində ticarət, daşınmaz əmlak, maliyyə, bankçılıq, turizm, mühəndislik və sənaye istehsalı kimi sahələrdə fəaliyyət göstərən "Bukhamseen Group Holding Company" şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə keçirdiyimiz görüşdə Azərbaycanda xarici investorlar üçün mövcud əlverişli imkanlar, inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı təşəbbüslər barədə danışdıq. Potensial sahələr üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik", - M.Cabbarov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031