Azərbaycan və Oman 200 milyon dollarlıq Birbaşa İnvestisiya Fondu yaradıb

8-10-2025, 14:38 85 dəfə baxılıb


Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları olan Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində bildirib.


Onun sözlərinə görə, bu, Omana işgüzar səfər çərçivəsində baş tutub.


"Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək", - deyə nazir qeyd edib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031