Mənzil bazarında qiymətlər kəskin artıb

5-10-2025, 19:27 81 dəfə baxılıb

 

Son 5 il ərzində Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.


Yenisirvanli.info.az  Xəzər TV-yə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarımillik "Maliyyə Sabitliyi Hesabatı"nda məlumat verilib.


Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında mütəmadi qiymət artımları müşahidə olunur. Həm ilkin, həm də təkrar bazarda mənzil qiymətləri yüksəlməkdə davam edir.


Ekspertin sözlərinə görə, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi artsa da, 2023-cü ildən bu artım tempində müəyyən azalma qeydə alınıb.


Elnur Fərzəliyev bu azalmanı həm tələb, həm də təklif amilləri ilə əlaqələndirib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin limitli olması, eləcə də bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır.


Hazırda bazarda mənzillərin satış qiymətləri artmaqda davam edir, bu da xüsusilə tikinti materiallarının bahalaşması və yeni layihələrə tələbin yüksək olması ilə izah edilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031