Nazir: "Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollar sərmayə yatırılıb"

29-09-2025, 11:43 87 dəfə baxılıb

 

"Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dolları sərmayə yatırılıb".


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.


Nazir bildirib ki, ölkənin neft və qaz asılılığını azaltmaq məqsədilə son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarına yaxın sərmayə yönəldilib və bunun 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun payına düşüb.


Onun sözlərinə görə, 2021-2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6.7% böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib:


"Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir".


M.Cabbarov, həmçinin, regionda sülhün möhkəmlənməsinin iqtisadi əhəmiyyətini vurğulayıb:


"Avqustun 8-də imzalanmış tarixi sənəd Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi və sosial kapitallaşmasına mühüm töhfə verəcək. Bu proses təkcə region üçün deyil, daha geniş miqyasda iqtisadi faydalar gətirəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031