Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatlarının yeri açıqlandı

17-09-2025, 08:42 63 dəfə baxılıb

 

Yer kürəsinin okeanlarında təxminən 20 milyon ton qızılın mövcud olduğu ehtimal. Onun ümumi dəyəri hazırkı qiymətlərlə 2.1 kvadrilyon dollardan çox qiymətləndirilir.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "IFLScience" nəşri məlumat yayıb.


Mütəxəssislərin sözlərinə görə, hər 100 milyon ton dəniz suyunda cəmi 1 qram qızıl həll olunmuş halda tapılır. Qızıl okeanlara əsasən qurudan düşür. Yağış, çaylar və külək qayaların tərkibindəki zərrəcikləri dənizə aparır. Digər mühüm mənbə isə dəniz dibindəki hidrotermal çıxışlardır. Onlar minerallarla zəngin isti mayeləri okean axınları ilə qarışdırır.


Bununla belə, ekspertlər bildirirlər ki, qızılı sudan çıxarmaq iqtisadi baxımdan sərfəli deyil. 1940-cı illərdə sınanmış üsulların dəyəri qızılın öz qiymətindən daha baha başa gəlmişdi.


Son illərdə yeni materiallarla kiçik miqdarda qızılın sınaq məqsədilə çıxarılması mümkün olsa da, kütləvi miqyasda tətbiqi hələlik real sayılmır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031