Son mənzil deyil, son borc - Qəbir yerləri niyə bu qədər bahadır?

30-07-2025, 13:06 239 dəfə baxılıb

“Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al”.

Bu söz bir zarafat kimi səslənsə də, reallığın sərt təzahürüdür. Çünki son illər Bakıda qəbir yerlərinin qiymətləri bəzi hallarda ev qiymətləri ilə yarışır. İnsan yaşadığı vaxtda ev almağa çətinlik çəkdiyi kimi, ölümündən sonra da “yer” almaq problemə çevrilir.

Hazırda paytaxtın bəzi qəbiristanlıqlarında bir qəbir yeri üçün tələb olunan məbləğ 3.000 manatdan başlayır, bəzi məkanlarda 7.000 manata qədər qalxır. Halbuki ölüm hər kəsə bərabərdir, amma dəfn bərabər deyil.

Rayonlarda isə fərqli mənzərə var. Məsələn, Tovuz, Yardımlı, Quba, Qax, Şəki və digər bölgələrdə qəbir yerləri adətən pulsuz verilir. Bu, həm kənd içi münasibətlərdən, həm də torpaq bolluğundan qaynaqlanır. Bəzi hallarda bələdiyyələr sadəcə təmizlik və sənədləşmə üçün cüzi məbləğ tələb edir ki, bu da 50-100 manat arası olur. Amma bu rəqəm Bakı ilə müqayisədə qəpik-quruş sayılır.

Rəsmi qurumlar bildirir ki, qəbiristanlıqların təmiri, qorunması, ərazinin abadlaşdırılması üçün bu rüsumlar vacibdir. Amma sual yaranır. Niyə bu xidmət hər vətəndaşa eyni səviyyədə və eyni dəyərdə göstərilmir? Niyə rayonda vətəndaş pulsuz dəfn olunur, amma Bakıda ailəsi borca düşür?

Bəzən qəbir yeri tapmaq da çətinləşir. Hətta bəziləri əvvəlcədən yer “rezerv” edərək yaxınlarını eyni ərazidə dəfn etməyə çalışır. Bu isə əlavə xərclər və vasitəçilərlə “danışıqlar” deməkdir.

Ölümə qiymət qoymaq insanlığa yaraşmaz. Amma görünən odur ki, bir çox ailə yaxınını son mənzilə yola salarkən belə “cibinə baxmalı” olur. Bu, yalnız kasıblıq deyil, həm də sistemsizlik probleminin özüdür.

Axı torpaq onsuz da hamımıza məxsusdur. Sağ ikən də, öləndən sonra da. bizimyol



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031