Mərkəzi Bankı uçot dərəcəsini düşürdü, inflyasiyanı isə... - MANATI NƏ GÖZLƏYİR?

23-07-2025, 10:22 217 dəfə baxılıb

 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə bu gün qərar verib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayıb.

Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib: "Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib".

Mərkəzi Bankın yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağı gözlənilir.

İndi əsas sual budur: manatı qarşıda nə gözləyir?

Məsələyə rəsmi və ekspert rəylərini öyrənməyə çalışacağıq.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031