Nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb

24-06-2025, 10:31 112 dəfə baxılıb

 

2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faiz illik artım deməkdir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyası və AMB-nin təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.

“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67 faiz, sayı isə 91 faizdən artıq olub. Bu isə o deməkdir ki, ödəniş kartları ilə ölkədaxili edilən hər 10 əməliyyatdan 9-u nağdsız formada həyata keçirilir və bu böyük uğurdur”,- deyə o diqqətə çatdırıb.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031