Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

18-06-2025, 10:18 471 dəfə baxılıb

 

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,79 ABŞ dolları və ya 5% artaraq, 79,58 dollar/barel təşkil edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,82 dollar və ya 5,13% bahalaşaraq 78,25 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,71 dollar və ya 16,18% artaraq, 63,72 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 3,84 dollar və ya 5,22% artaraq, 77,47 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031