Neftin kölgəsində qalan sahələr: Hansı sektorlara sərmayə azalıb? – Ekspert

2-06-2025, 12:20 613 dəfə baxılıb

 

Dövlət Statistika Komitəsi bildirib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artıb.

Ölkədə investisiyanın artması üçün hansı addımlar atılmalıdır?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlıaçıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, Azərbaycan İqtisadiyyatına qoyulan investisiyaların həcmi ilbəil artsa da müxtəlif sahələrdə azalmalar var.

“Xarici sahibkarlar daha çox neft və qaz sahəsinə investisiya yatırmaqda maraqlıdır. Bu sahə daha çox gəlirli olduğu üçün investorların marağındadır. 2024-cü ilin statistik göstəricilərinə əsasən əsas kapitala yönləndirilən investisiylar 15 milyard dollar təşkil edir. Bu da Ümum Daxili Məhsulda 20% hissədir. Daha öncəki ilin statistik göstəricisi ilə müqayisədə isə 4%-ə yaxın azalma deməkdir. Yatırılan investisiyaların 60%-i Bakı, 15%i Qarabağ iqtisadi rayonu, qalan hissəsi isə digər regionların payına düşür.
Yatırılan investisiyaların 7 milyard dolları birbaşa xarici investisiyların hesabınadır.
İqtisadi artım statistikasına əsasən investisiyaların yatırımı Ümum Daxili Məhsulda 4,1% artıma, Qeyri Neft sektorunda 6,2% artım olsa da bu sahəyə yatırılan investisiyaların həcmi də 1.1% dəyişmə var. Məlumat üçün qeyd edim ki, xarici investisiyalar özəl sektor gəlirinin 2,70 Dövlət büdcəsinin isə 3,32 hissəsini təşkil edir. Başqa sözlə desək, xarici investisya həcmi özəl sektor gəlirlərinə nisbətən 37%, Dövlət büdcəsinə nisbətdə isə 30,08 % azdır.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031