Kriptovalyuta bazarının son göstəriciləri

24-02-2025, 10:15 81 dəfə baxılıb

 

Fevralın 24-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb...

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.65% ucuzlaşaraq 95 691 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.01% azalaraq 2721.51 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.43%, BNB isə 3.45% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930