Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 9 %-ə yaxın artıb
Bu il I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 125 milyon manat kredit verilib...
Yenisirvanli.İnfo.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1,1 % artaraq 71,4 milyon manata çatıb.
Ötən 3 ayda İKZF istiqraz buraxmaqla 200 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 42,9 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 94,5 % artaraq 42,6 milyon manata çatıb.
Yenisirvanli.İnfo.Az