Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

29-08-2026, 10:04 205 dəfə baxılıb

 

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Yenisirvanli.İnfo.Az bildirir ki, qadın voleybolçularımız qitə çempionatının səkkizdəbir final mərhələsində Türkiyə millisi ilə qarşılaşacaqlar. Belə ki, A qrupunda yer alan və Polşa ilə oyunda 2:3 hesabı ilə məğlub olan qardaş ölkə təmsilçisi qrupu 13 xalla ikinci pillədə başa vuraraq yığmamıza rəqib olub.

Xatırladaq ki, C qrupunda mübarizə aparan qadın voleybolçularımız Portuqaliya yığmasına 3:1, İspaniya kollektivinə 3:0, Rumıniya millisinə isə 3:2 hesabı ilə qalib gəlib. Komandamız Belçikaya 3:0, Niderlanda isə 3:1 hesabı ilə məğlub olsa da, aktivindəki 8 xalla qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930