“Sabah”ın oyunu var

Bu gün, 12:33 1 827 dəfə baxılıb

 Bu gün Azərbaycan təmsilçisi “Sabah” Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada “KuPS”un qonağı olacaq.


Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyun İctimai TV vasitəsi ilə canlı yayımlanacaq.


Bu komandalar arasında ilk oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.


19:00. “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan)


Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031