Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünən, 09:37 1 813 dəfə baxılıb

2010-cu ildə İspaniya millisinin heyətində dünya kubokunu qazanan Joan Kapdevila 2026-cı il dünya çempionatının finalını izləmək üçün ABŞ-yə səfər edərkən gözlənilməz problemlə üzləşib.


“Yenisirvanli.info.az” xəbər verir ki, keçmiş futbolçunun ABŞyə giriş üçün tələb olunan ESTA icazəsi təsdiqlənməyib.


Bu səbəbdən Kapdevilanın İspaniya ilə Argentina arasında keçiriləcək final qarşılaşmasını tribunadan izləmək planı təhlükə altına düşüb.


Problemlə üzləşən Kapdevila sosial şəbəkə vasitəsilə ABŞ Prezidenti Donald Trampa müraciət edərək yardım istəyib.


“Cənab Prezident Tramp, köməyə ehtiyacım var! Mənə ESTA icazəmin rədd edildiyini və buna görə uşaqlarımla birlikdə finala gedə bilməyəcəyimi bildirdilər. Mənə kömək edəcək kimsə varmı?” – deyə Kapdevila “X” platformasında yazıb.


İspaniyalı keçmiş müdafiəçi bildirib ki, 2010-cu ildə birlikdə dünya çempionu olduğu komanda yoldaşları ilə bu tarixi qarşılaşmada olmaq onun üçün xüsusi önəm daşıyır.


“ABŞ-yə buraxılmayacağıma inana bilmirəm”, – deyə o qeyd edib.


Kapdevila həmçinin İspaniyanın Təhsil, Peşə Təhsili və İdman Nazirliyinin rəsmi hesabını da paylaşaraq problemin həlli üçün dəstək istəyib.


Qeyd edək ki, Joan Kapdevila 2010-cu ildə Cənubi Afrikada keçirilən DÇ-də İspaniya millisinin əsas futbolçularından biri olub. O, həmin turnirin finalında Niderlanda qarşı meydana çıxaraq İspaniyanın tarixində ilk dünya çempionluğuna töhfə verib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031