Meksika ilk dəfə 3 qələbə ilə qrup lideri oldu - Video

25-06-2026, 08:07 1 699 dəfə baxılıb

 

Meksika milli komandası Dünya Çempionatının A qrupunda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qrup mərhələsini üç qələbə ilə başa vurub.


“Yenisirvanli.info.az” xəbər verir ki, Mexiko şəhərində keçirilən görüşdə ikinci hissənin əvvəlində oyunun gedişi tam dəyişib.


55-ci dəqiqədə 22 yaşlı Mateo Çaves hesabı açaraq Meksikanı önə keçirib. Ardınca 61-ci dəqiqədə Xulian Kinyones fərqi artırıb və turnirdəki ikinci qolunu vurub. Qarşılaşmanın sonlarında isə Alvaro Fidalqo əlavə vaxtda üçüncü qolu qeydə alıb.


Bu nəticə ilə Meksika DÇ tarixində ilk dəfə qrup mərhələsinin bütün oyunlarını qələbə ilə başa vurub. Komandanın əvvəlki ən yaxşı göstəricisi 1986 və 2002-ci illərdə iki qələbə və bir heç-heçə olmuşdu.


A qrupunu lider kimi tamamlayan Meksika artıq 1/16 final mərhələsinə yüksəlib və növbəti rəqibi püşkatmadan sonra müəyyənləşəcək.


Çexiya isə turniri 3 oyundan 1 xalla başa vuraraq mübarizəni dayandırıb.


Görüş həm də Meksika futbolunun gələcəyi və təcrübəsini əks etdirib. 17 yaşlı Gilberto Mora DÇ-də start heyətində meydana çıxan ən gənc meksikalı futbolçu kimi tarixə düşüb. Digər tərəfdən, 40 yaşlı qapıçı Guillermo “Memo” Oçoa 77-ci dəqiqədə meydana daxil olaraq altı DÇ-də iştirak edən nadir futbolçular siyahısına qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031