DÇ-nin 1000-ci matçında Yaponiya Tunisə aman vermədi - Video

21-06-2026, 11:42 1 679 dəfə baxılıb

 

2026-cı il Dünya Çempionatının 6-cı qrupunda keçirilən ikinci tur matçı Yaponiya üçün həm qələbə, həm də tarixi bir mərhələ ilə yadda qalıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Asiya təmsilçisi Tunis milli komandasını 4:0 hesabı ilə məğlub edərək turnirdə böyük üstünlük qazanıb.


Bu qarşılaşma, eyni zamanda, DÇ tarixində 1000-ci oyun kimi qeyd olunub və futbolun qlobal turnirində əlamətdar anlardan biri olub.


Matçın əvvəlindən oyuna sürətli başlayan Yaponiya 4-cü dəqiqədə Daiçi Kamadanın qolu ilə hesabı açıb. Tunis tərəfi epizoddan əvvəl qayda pozuntusu olduğunu iddia etsə də, hakim qərarı dəyişməyib.


Yaponiya ilk hissədə üstünlüyünü davam etdirərək 31-ci dəqiqədə Ayase Uedanın uzaq məsafədən vurduğu dəqiq zərbə ilə fərqi iki topa çatdırıb – 2:0.


İkinci hissədə də oyunun tempini idarə edən Yaponiya 69-cu dəqiqədə Junya İtonun qolu ilə hesabı 3:0 edib. Matçın sonlarında isə Ueda 83-cü dəqiqədə başla fərqlənərək dublunu rəsmiləşdirib və yekun nəticəni müəyyənləşdirib - 4:0.


Bu məğlubiyyətlə Tunis turnirdə ardıcıl ikinci dəfə uduzaraq xal qazana bilməyib və DÇ-dən kənarlaşdırılan ilk ərəb komandası oldu.


Yaponiya isə bu qələbə ilə xallarını 4-ə yüksəldərək qrupdan çıxmaq yolunda mühüm addım atıb və DÇ-nin 1000-ci tarixi matçında dominant performans nü

mayiş etdirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031