Meksika Cənubi Koreyanı məğlub etdi

19-06-2026, 08:11 1 662 dəfə baxılıb

 

Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini qazanaraq 1/8 finala qrup lideri kimi vəsiqəni təmin edib. Ev sahibi komanda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində hər iki komanda təhlükəli epizodlar yaratsa da, hesab açılmayıb.


Meksika yığmasının heyətində Xulian Kinyones yaxın məsafədən fərqlənməyə yaxın olsa da, onun baş zərbəsini qapıçı dəf edib.


Cənubi Koreya da qol imkanından yararlana bilməyib. Son Hın Min qapıçı ilə təkbətək epizodda topu qapıçının üzərindən aşırsa da, Edson Alvares topu qapı xəttindən uzaqlaşdıraraq komandasını qoldan xilas edib.


Fasilədən sonra Meksika daha fəal oynayıb və matçın yeganə qolu 57-ci dəqiqədə vurulub. Cənubi Koreya qapıçısı Sonq-Gyu Kim yüksək ötürməni uğursuz qarşılayaraq kobud səhvə yol verib. Topu ələ keçirən Luis Romo boş qapıya dəqiq zərbə ilə hesabı açıb.


Oyunun qalan hissəsində Meksika üstünlüyünü artırmaq üçün bir neçə fürsət yaxalasa da, bunlardan istifadə edə bilməyib. Matçın son dəqiqələrində isə Cənubi Koreya hesabı bərabərləşdirməyə yaxın olub. Lakin Meksika qapıçısı Raul Rangel ardıcıl iki möhtəşəm “seyv” edərək komandasının qələbəsini qoruyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031