DÇ-də yeni qaydalar tətbiq olunacaq

10-06-2026, 08:32 1 605 dəfə baxılıb

 

11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək FIFA Dünya Çempionatı çərçivəsində futbol azarkeşləri bir sıra yeni qaydaların tətbiqinin şahidi olacaqlar.


“Yenisirvanli.info.az” xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qərarına əsasən, oyunun tempini artırmaq və fasilələri azaltmaq məqsədilə bir neçə mühüm dəyişiklik ilk dəfə rəsmi turnirdə tətbiq olunacaq.


Yeni qaydalara görə, künc və qapı zərbələrinin yerinə yetirilməsi üçün 5 saniyəlik vaxt limiti müəyyən ediləcək. Vaxtın aşılması halında künc zərbəsi rəqib komandaya veriləcək, gecikən qapı zərbələri isə autla nəticələnəcək.


Əvəzetmələrlə bağlı da sərt qayda tətbiq ediləcək: futbolçuların oyuna daxil olması üçün 10 saniyəlik limit nəzərdə tutulur. Bu müddət keçərsə, oyunçu meydanda qalmaq hüququ qazanmayacaq və komanda müvəqqəti olaraq azlıqda çıxış edəcək.


VAR sisteminə də əlavə səlahiyyətlər verilir. Videoköməkçi hakimlər səhv künc zərbələri, ikinci sarı vərəqə halları və qola birbaşa təsir edən standart vəziyyətlərdə müdaxilə edə biləcəklər.


Yeni qaydaların məqsədinin oyunun axınını sürətləndirmək, vaxt itkisini azaltmaq və daha ədalətli qərarlar təmin etmək olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031