DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

4-06-2026, 18:38 1 541 dəfə baxılıb

 

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.


Sinoptiklərin proqnozlarına görə, Sakit okeanda qeydə alınan “El Nino” hava fenomeni ABŞ və Meksika ərazisində dağıdıcı qasırğa və tufanlara yol açacaq.


Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər davam edəcək dünya birinciliyi eyni vaxtda üç ölkədə — ABŞ, Kanada və Meksikada təşkil olunacaq və tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnirin bilet qiymətləri isə 100 dollardan başlayaraq bəzi sektorlar üçün fantastik 6370 dollara qədər dəyişir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930