“Kristal Pelas” Konfrans Liqasının qalibi oldu

28-05-2026, 09:26 1 455 dəfə baxılıb


İngiltərənin “Kristal Pelas” klubu UEFA Konfrans Liqasının final matçında İspaniya təmsilçisi “Rayo Valyekano”nu 1-0 hesabı ilə məğlub edərək tarixinin ilk Avropa kubokunu qazanıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu qələbə sayəsində London təmsilçisi həm də növbəti mövsüm üçün UEFA Avropa Liqasına birbaşa vəsiqəni rəsmiləşdirib.


Qeyd edək ki, bu uğur “Kristal Pelas” üçün həm də tarixi bir revanş xarakteri daşıyır. Belə ki, komanda Avropa arenalarında ilk debütünü 1998-ci ildə UEFA İntertoto Kubokunda etmişdi. Həmin vaxt İngiltərə təmsilçisi turnirin 3-cü mərhələsində Türkiyənin “Samsunspor” klubuna hər iki oyunda eyni – 2:0 hesabı ilə uduzaraq Avropa macərasına erkən vida etmişdi.


Məlumat üçün qeyd edək ki, londonlular ötən il “FA Cup” kubokunun da sahibi olmuşdular.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031