Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu
Londonun “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Yenisirvanli.info.az” xəbər verir ki, İngiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis Xabi Alonsoya tapşırıldığını elan edib.
London klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. Keçmiş baş məşqçi Liam Rosenyoru əvəzləyən Xabi Alonso iyulun 1-dən etibarən işinə başlayacaq.
Qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər Madrid “Real”ının baş məşqçisi postunda çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: