WUF13-ün vizual hekayəsi... - Video

14-05-2026, 09:37 1 243 dəfə baxılıb

 

WUF13-ün rəsmi loqosunun videosu yayımlanıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, videoda loqo yalnız bir qrafik simvol deyil, Azərbaycanın tarixini, mədəniyyətini və Bakının müasir şəhər ruhunu bir araya gətirən vizual hekayə kimi təqdim olunur.


Loqonun əsas elementləri Azərbaycanın memarlıq ənənələrindən ilhamlanaraq hazırlanıb.


Videoda Azərbaycanın qədim memarlıq ənənələrində geniş istifadə olunan incə şəbəkə naxışları, Xəzər dənizinin dalğaları, Bakının külək ritmini əks etdirən elementlər, eləcə də, Qız Qalasının qədim silueti və Alov Qüllələrinin müasir görüntüsü öz əksini tapıb.


Vizual üslubda Azərbaycanın tarixi irsi və Bakının çağdaş şəhər ruhu vahid kompozisiyada birləşdirilib.


Hazırlanan dizayn şəhərin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqəni simvolizə edir və Bakının həm tarixi, həm də innovativ simasını ön plana çıxarır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031